Belarus ərazisinə raket düşüb – FOTO

Rusiyanın Ukraynaya kütləvi zərbə endirməsi zamanı Belarus ərazisinə raket düşüb. Onun qalıqları Brest bölgəsində tapılıb. Bu barədə “Belarus Qayun” monitorinq qrupu xəbər verir.

Sosial şəbəkələrdə isə Qorbaxa kəndindən bir qədər aralıda hava hücumundan müdafiə qüvvələrinin raketi vurduğu barədə xəbəri yayılıb.

Mərmi parçaları Volınla həmsərhəd olan Brest vilayətinin İvanovski rayonundakı tarlada tapılıb. Yayımlanan şəkillərə əsasən, bunlar S-300 hava hücumundan müdafiə sistemindən olan raketin hissələridir.

Qeyd edək ki, Rusiya qoşunları bu raketlərdən Ukraynanı atəşə tutmaq üçün istifadə edir. Ancaq Ukrayna Silahlı Qüvvələrində də bu komplekslər var.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi