Bayraq yürüşünə görə İsrail ordusu hazır vəziyyətə gətirildi

Qafqaztimes xəbər verir ki, İsrail mediasının məlumatına görə İsrailin yeni kabinetinin daxili işlər naziri Omer Bar-Lev, çərşənbə axşamı işğal altındakı Qüdsdə bayraq yürüşünün keçirilməsini rəsmi olaraq qəbul edib.

Bar-Lev deyib ki, mövcud vəziyyəti nəzərə alaraq polislə təşkilatçılar arasında əldə edilmiş razılaşma əsasında bayraq yürüşünün keçirilməsinə icazə veriləcək.

Sionist medialar həmçinin söyləyib ki, Sionist Ordunun Baş Qərargah rəisi Aviv Koxavi, müxtəlif ordu birliklərini Qəzza ilə gərginliyin yenidən başlamasına hazır olmağa çağırıb.

İsrail televiziyası da İsrail ordusunun Qüdsdəki bayraq yürüşü ilə eyni vaxtda Qəzzadan raket hücumlarının yenidən başlayacağından qorxaraq “Dəmir qübbəni” gücləndirdiyini bildirib.

Sionist ekstremist qruplari və yəhudi sakinlər bu gün (15 iyun) “bayraq” adlanan ənənəvi yürüş keçirməyi planlaşdırırlar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur