Bayraktar TB2 Azərbaycana neçəyə başa gəlir?

Türkiyə istehsalı Bayraktar TB2 PUA-larının qiyməti məlum olub.

PUA-nın qiyməti 5 milyon avro civarındadır.

Belə ki, ötən gün Litva hökuməti Bayraktar TB2 almaq üçün Türkiyə ilə müqavilə imzaladıqlarını açıqlayıb. PUA-nın alınması üçün ödəniləcək məbləğin kampaniya ilə toplandığı bildirilib. Kampaniyanın təşkilatçıları 5 milyon avroya ehtiyac olduğunu açıqlamışdı.

Türkiyə mənbələri yazır ki, bu standart qiymət deyil, əlavə təchizatlarla məbləğ arta da bilər. PUA-nın qiyməti müqavilənin şərtlərinə görə də dəyişə bilər.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir