Baydenin velosipeddən yıxılması +Video

QafqazTimes xəbər verir ki, ABŞ-ın yaşlı prezidenti bu gün Delaverdə velosiped sürərkən velosipedi idarə edə bilməyərək yıxılıb.

Bayden velosipedi ilə Delaver ştatındakı Rehobot sahillərində onu gözləyən kütləyə doğru hərəkət edən zaman özünü saxlaya bilməyərək yerə yıxılıb. O, yıxıldıqdan sonra tez ayağa qalxıb və onun xəsarət almadığı bildirilir.

O, onu gözləyən jurnalistlərə ayağını velosiped pedalından çıxarmaqda çətinlik çəkdiyini və bu səbəbdən yerə yıxıldığını deyib. O, velosiped sürərkən təhlükəsizlik kaskası taxıbmış.

Kütləyə müraciətlə “Mən yaxşıyam” deyən Bayden dərhal ABŞ xüsusi xidmət orqanları tərəfindən əhatəyə alınaraq aparılıb.

Qeyd edək ki, vəzifəyə gəldiyi gündən ABŞ prezidentinin ardıcıl kobud xətaları və çaşqınlıqları kiberməkanda və sosial media istifadəçilərinin lağ mövzusuna çevrilib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya