Baydeni lağa qoyan Tramp özü gülüş hədəfi oldu – VİDEO

Seçki kampaniyasında dəfələrlə Ağ Evin indiki rəhbəri Co Baydenin hərəkətlərini lağa qoyan ABŞ-ın keçmiş prezidenti Donald Tramp özü gülüş hədəfi olub. Belə ki, o, Nyu-Hempşirdə çıxışı zamanı Macarıstanla Türkiyəni, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla isə Macarıstanın Baş naziri Viktor Orbanı səhv salıb.

“Belə bir insan var, Viktor Orban. Onun haqqında eşitmisiniz? Bu, dünyanın ən güclü liderlərindən biridir. O, Türkiyənin lideridir. O, Rusiyanın dostudur”, – deyə Tramp bildirib.

Lakin bir dəqiqə sonra Tramp səhvini düzəldib və Orbanı Macarıstanın lideri adlandırıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi