Bayden yeni məşğuliyyət tapıb: Təyyarələrin rəngini dəyişir – FOTO

ABŞ Prezidenti Co Bayden 2027 və 2028-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinə təhvil veriləcək “Boeing VC-25Bs” prezident təyyarələrinin rəng sxemini təsdiqləyib.

Məlumata görə, ABŞ-ın əvvəlki prezidenti Donald Trampın administrasiyası tərəfindən bəyənilən qırmızı rəng nəqliyyat vasitəsinin rəng palitrasından çıxarılıb.

Bildirilib ki, yeni təyyarənin rəngi hazırkı “Air Force One” olan VC-25A-nın rəng çalarlarına çox bənzəyəcək. Prezident Bayden daha təmkinli dizayna üstünlük verdiyi üçün keçmiş prezident Donald Trampın təklif etdiyi üçrəngli sxemi dəyişdirərək təsdiq edib.

Əvvəllər VC-25Bs-nin qırmızı, ağ və sürməyi rənglərə boyanması gözlənilirdisə, indi yeni təyyarələrin mavi, qızılı və ağ rənglərlə bəzədiləcəyi vurğulanır.

Yeni təyyarə təkmilləşdirilmiş enerji təchizatı sistemi, yeni rabitə sistemi, tibb otağı, yeni interyer, hava hücumundan müdafiə sistemi və avtonom idarəetmə imkanları əldə edəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi