ABŞ Prezidenti Co Bayden nitq söyləyərkən növbəti dəfə kobud səhvə yol verib.
Hadisə Co Baydenin Floridada mitinqdə çıxışı zamanı baş verib.
“Yolda yanacaqdoldurma məntəqəsinin yanından keçirdim. Benzin 3,25 dollardır, halbuki mən bu yay vəzifəyə gələndə 5 dollar idi”, – deyə Bayden vurğulayıb.
Qeyd edək ki, Co Bayden 2021-ci ildən ABŞ prezidentidir.
Xatırladaq ki, Co Bayden əvvəllər də oxşar səhvləri bir neçə dəfə buraxmışdı. Məsələn, o, ABŞ-nin vitse-prezidenti Kamala Harrisi prezident adlandırmışdı.