Bayden və Netanyahunun telefon danışığı

Ağ Ev ABŞ prezidenti və İsrail baş nazirinin telefon danışığında İran əleyhinə proqramları və Netanyahunun Vaşinqtona səfəri barədə müzakirələr aparıblar.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Ağ Evin illi təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi dünən (17 iyul) Co Baydenlə Benyamin Netanyahunun telefon danışığından xəbər verərək deyib: Rəsmilər İranın nüvə silahı istehsalına maneələr və birgə hərbi təlimlər  barədə fikir mübadiləsi aparıblar.

Məlumata görə Co Bayden işğal olunmuş ərazilərdə İsrailin qəsəbəsalma siyasətindən nigarançılığını da elan edib və sionist rejimin “məhkəmə islahatı”ndan mənşələnən etiraz aksiyalarına münasibət bildirib.

Telefon danışığının sonunda Netanyahunun 2023-cü ilin sonunadək ABŞ-a səfər məsələsi də müzakirə olunub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib