Bayden Trampa qarşı sübutların Konqresə göndərilməsinə göstəriş verib

QafqazTimes xəbər verir ki, ABŞ prezidenti Co Bayden çərşənbə günü sabiq prezident Donald Trampa qarşı sənədlərin Konqresə göndərilməsi barədə göstəriş verib.

“The İndependent” yazır ki, ötən ilin yanvar ayının 6-da baş verən hadisələrlə bağlı təhqiqat komitəsi daha əvvəl ABŞ hökumətindən Trampla onun tərəfdarlarının Konqres binasına hücumu arasında mümkün əlaqə barədə Ağ Evdə olan sənədləri Konqresə göndərməyi xahiş etmişdi.

Bununla bağlı Bayden Ağ Evin “Milli Arxiv”inə Trampın yanvarın 6-da Ağ Evdə keçirdiyi görüşlərin siyahısı ilə bağlı sənədləri Konqresə hücumu araşdıran komitəyə göndərməyi göstəriş verib.

Amerika mediası bu həftə Trampın prezidentlikdən sonra özü ilə Floridadakı iqamətgahına apardığı Ağ Ev sənədlərini dövlətə qaytarmaq məcburiyyətində qaldığını yazıb. Tramp müsahibəsində bunun böyük bir məsələ olmadığını və sənədləri xoşluqla təhvil verdiyini vurğulayıb.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur