Bayden “soyqırım” dedi, Ərdoğan başsağlığı verdi

ABŞ Prezidenti Co Bayden 24 aprel 1915-ci il erməni hadisələri ilə bağlı çıxışında bu il də “soyqırım” ifadəsini işlədib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana müraciət ünvanlayıb.
O, mesajında “Bir daha dünyasını dəyişən Osmanlı ermənilərinin xatirəsini ehtiramla yad edir, sağ qalan yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, -deyib.

Ərdoğan Ermənistan ilə münasibətlərin normallaşması üçün tarixi fürsət yarandığını da vurğulayıb.

Qeyd edək ki, bu günlərdə ermənilər qondarma “soyqırım qurbanları”nı yad edir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır