Bayden: Rusiyanın son hadisələrində Amerika və Natonun rolu yoxdur

ABŞ prezidenti Ukraynaya son hərbi dəstəyinin ardınca Rusiyanın son hadisələrində ölkəsinin və Natonun heç bir rolu olmadığını iddia edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Amerika mediaları Vaqner qrupunun Rusiya əleyhinə hücumlarında rəsmi Vaşinqton təhlükəsizlik sisteminin xəbərdarlığı barədə informasiyalarına reaksiya verən prezident Bayden iddia edib ki, heç nədən xəbəri yoxmuş.

Co Bayden təhlükəsilik sisteminə hadisələrə “anbaan” nəzarət etmələri barədə fərman verib və ssenarilər toplusunu hazırlamalarını istəyib.

Qeyd edək ki, iyunun 24-də “Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər.

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri bir video müraciətdə qoşunları Moskvaya yeritdiyini elan edib. Bundan sonra FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib