Bayden mövcud olmayan dövlətin Ukraynaya dəstəyinə görə təşəkkür edib

ABŞ Prezidenti Co Bayden çıxışı zamanı səhv danışıb.

Məlumata görə, Bayden Çexiya və Çexoslovakiyanı səhv salaraq Praqaya “Çexoslovakiya xalqının Ukraynaya verdiyi dəstəyə” görə təşəkkür edib.

Xoşagəlməz insident ABŞ lideri ilə Çexiyanın Baş naziri Petr Fiala arasında görüş zamanı baş verib.

“Mən sizin sadəliyinizi və Çexoslovakiya xalqının dəstəyini nə qədər yüksək qiymətləndirdiyimizi ifadə edə bilmərəm”, – deyə Bayden bildirib.

Bundan dərhal sonra prezident səhv dediyini anlayıb və sözünü düzəldərək Çexiyanın Ukrayna xalqını dəstəkləməsindən danışdığını açıqlayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi