Bayden Meksika və Misir prezidentlərini səhv salıb – VİDEO

ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında yaddaş probleminin olmadığını bildirib, bundan sonra Meksika və Misir prezidentlərini səhv salıb.

Brifinq ABŞ prezidentinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanıb.

ABŞ tarixinin ən qocaman lideri Fələstin-İsrail münaqişəsində ABŞ-nin hərəkətlərindən danışarkən iki dəfə Misir Prezidenti Əbdülfəttah əs-Sisini Meksika prezidenti adlandırıb.

“Bildiyiniz kimi, Meksika prezidenti Sisi humanitar yardımın keçməsi üçün sərhəddəki qapıları açmadı. Mən Meksika prezidenti Sisiyə zəng vurdum və onu Qəzzaya yardım çatdırmağa razı saldım”, – deyə Bayden söyləyib.

Ağ Ev də rəhbərinin səhvini təsdiqləyib.

“Bir anda o, Misirin liderini nəzərdə tutan Meksika prezidenti ilə danışdığını söylədi”, – deyə ABŞ prezident administrasiyası məsələyə aydınlıq gətirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi