Bayden jurnalistlər qarşısında çətin vəziyyətə düşdü (Video izlə)

ABŞ Prezidenti Co Bayden Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən mətbuat konfransı zamanı növbəti dəfə çətin vəziyyətə düşüb.

Amerika lideri jurnalistlərin suallarını cavablandırarkən “şparqalka” vərəqlərini qarışıq salıb.

“Mən, sadəcə, məndəki ardıcıllıq üzrə davam edirəm”, – deyə Bayden gözlənilmədən bildirib və çıxış üçün hazırlanmış “şparqalka”ları qarışdırmağa başlayıb.

Bu zaman zalda gülüş səsləri eşidilib. Bayden hələ də ona daha kimin sual verməli olduğunu və dəqiq hansı sualın veriləcəyini başa düşə bilməyib və kömək üçün assistentlərinə müraciət edib. Bayden qeyd edib ki, ona ümumilikdə beş sual verilməlidir.

Noyabrda 81 yaşı tamam olacaq Co Bayden ABŞ tarixinin ən yaşlı prezidenti hesab olunur. O, müntəzəm olaraq gülməli vəziyyətlərə düşür. Opponentləri hesab edirlər ki, buna səbəb Baydenin yaşı və səhhətidir. Bayden özü isə “həyatının ən yaxşı çağında” olduğunu bildirir, lakin eyni zamanda, yaşı ilə bağlı məsələnin də məntiqli olduğunu etiraf edir. Buna baxmayaraq, Bayden 2024-cü ildə keçiriləcək prezident seçkisində iştirak etmək niyyətindədir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi