Bayden: İsrail və “Hizbullah” Livanda atəşkəs barədə razılığa gəldi

Bayden: İsrail və “Hizbullah” Livanda atəşkəs barədə razılığa gəldi

İsrail və “Hizbullah” Livanda atəşkəs sazişinin qüvvəyə minməsi ilə bağlı razılığa gəlib.

Əl Aləm telekanalının məlumatına əsasən, ABŞ prezidenti Co Bayden bu gün yerli vaxtla (27 noyabr) Ağ Evdə jurnalistlərə verdiyi müsahibəsində deyib: Mən indicə İsrail və Livanın baş nazirləri ilə danışdım. Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, onların hökumətləri ABŞ-ın İsrail və “Hizbullah” arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul edib.

Bayden həmçinin deyib: İsrail və “Hizbullah” arasındakı saziş Livan ordusunun 60 gün ərzində öz ərazisi üzərində nəzarəti bərpa etməsini nəzərdə tutur.

Prezidentlik dövrünün son həftələrinə keçirən ABŞ prezidenti X sosial media hesabında yazıb: Yaxın günlərdə ABŞ Türkiyə, Misir, Qətər, İsrail və digər ölkələrlə birlikdə Qəzzada atəşkəs əldə etmək, girovların azad edilməsi və müharibənin HAMAS-sız sona çatması məqsədilə yeni bir təşəbbüsə başlayacaq.

Related posts

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

Suriyada son hadisələr: Kürdlərlə (QSD) Culaninin rəhbərlik etidiyi silahlı qüvvələrin atışmasında iki nəfər öldürüldü – ətraflı

Sionist rejimin silahlarının 99%-ni Amerika və Almaniya təmin edir – ətraflı