Bayden İsrailə atəşkəsi davam etdirməmək siqnalını verdi

ABŞ mediaları prezident Baydenin sionist rejimin Həmasla atəşkəsi davam etdirməməsi üçün yaşıl işıq yandırdığından yazırlar.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Co Bayden dünənki (24 noyabr) çıxışında “İsrailin müvəqqəti atəşkəs rejimini uzatması” barədə sualına cavab verməyib. Bu isə Ağ Ev rəsmilərinin digər mövqelərinə əsasən atəşkəs müddətinin uzadılmaması mənası daşıdığını göstərir.

ABŞ prezidenti dünənki çıxışında hətta sionistlərin girov götürdüyü fələstinli uşaqların azadlığına belə işarə etməyib.

Xatırladaq ki, Həmas və sionist rejimin 7 oktyabrdan başlanan Qəzzədəki müharibəsi dünəndən (24 noyabr) 4 gün müddətinə müvəqqəti olaraq atəşkəs rejiminə keçib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib