Bayden İranla Çin əməkdaşlığından niyə nigarandır?

İran İslam Respublikası prezidentinin Çinə səfərindən sonra ABŞ prezidenti 1 ildən artıqdır ki, bu əməkdaşlıqdan nigaran olduğunu etiraf edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Ayətullah Seyid İbrahim Rəsinin bu gün (14 fevral) Çinə səfərindən sonra bir çox ABŞ rəsmiləri Tweeter hesablarında da nigarançılıqlarını gizlətməyiblər.

İran Milli Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani deyib: Bayden nigaran olmaqda haqlıdır. Çünki şərqdə strateji əməkdaşlıqların inkişafı Amerikanın süqutunu sürətləndirir.

Qeyd edək ki, İran İslam Respublikası və Çinin yüksək vəzifəli rəsmiləri arasında iyirmi əməkdaşlıq sənədi və memorandum imzalanıb. Böhranın idarə olunması, turizm, rabitə və informasiya texnologiyaları, ekologiya, beynəlxalq ticarət, mənəvi mülkiyyət, kənd təsərrüfatı, ixracat, səhiyyə və müalicə, media, idman və mədəni irs sahələri üzrə əməkdaşlıq memorandumu iki ölkə rəsmiləri arasında imzalanan sənədlərdən olub.

Related posts

Qəzza Qəssabı və

Aydınlatma cihadı

Həmdan: İsrail rejimi uğursuzluqları səbəbinə müzakirələrə qoşulmaqda acizdir