Bayden : Hücum et amma işğal etmə!

Sionist rejimin Qəzzəyə quru hücumlarına dəstək verən Amerika prezidenti zahirdə fələstin xalqının tibbi, elektrik, su və ərzaq blokadasının dayandırılmasını istəyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Co Bayden dünə CNN telekanalı ilə müsahibədə ABŞ silahlı qüvvələrinin Orta Şərqə gəlməsinə zərurət duymadığını deyərək vurğulayıb ki, İsrail ordusu dünya miqyasında ən yaxşı ordulardan biridir.

Bayden həmçinin Fələstin konfliktinin şiddətlənməsinin ardınca işğalçı rejimə tam dəstək olacağı barədə də söz verib. O, deyib: Son günlər Fələstin-İsrail münaqişəsinin şiddətlənməsi ilə Amerikada terror təhlükəsi daha da çoxalıb və Vaşinqton bu xüsusda kreativ plan hazırlayır.

ABŞ prezidenti həmçinin İsrailin müharibə qanunlarına əməl edəcəyindən əmin olduğunu da qeyd edib.

Onun sözlərinə görə İsrail Qəzzə zolağını işğal edərsə, böyük səhvə yol verəcək .

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib