Bayden güldürməyə davam edir- Ukrayna ilə İraqı səhv saldı (Video izlə)

ABŞ Prezidenti Co Bayden Rusiyadakı vəziyyəti şərh edərkən Ukrayna ilə İraqı səhv salıb. O, Çikaqoya uçmazdan əvvəl Ağ Evin Cənub Qazonunda jurnalistlərlə söhbətləşib.

“Putin açıq-aydın İraqdakı müharibəni uduzur”, – deyə Amerika lideri bildirib.

Qeyd edək ki, bu, ilk belə hal deyil. 2022-ci ilin noyabrında Florida ştatında çıxış edərkən Bayden Ukraynanı İraqla qarışdırıb. Bir neçə gün sonra Ağ Evdə jurnalistlərin Ukrayna böhranının danışıqlar yolu ilə tənzimlənməsinin mümkünlüyü ilə bağlı suallarını cavablandıran dövlət başçısı bu dəfə Xersonu İraq Əl-Fəllucası ilə səhv salıb.

Xatırladaq ki, ABŞ Prezidentinin 2022-ci ilin noyabrında 80 yaşı tamam olub.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır