Sionist rejimin radikal təhlükəsizlik naziri dünən (9 iyul) prezident Co Baydenin son bəyanatına reaksiyada od püskürərək deyib ki, İsrail Amerikanın bir hissəsi deyil, bunu dərk et!
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İtamar Ben Qvir Co Baydenin İsrailin nazirlər kabineti və daxili işlərinə qarışmasını tənqid edib.
İ.Ben Qvir etirazının davamında deyib: Bayden İsraildə silah yaymağın radikallıq olduğuna inanırsa, onda mən də onu Qüds və Əl Xəlilə dəvət edirəm.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden dünən (9 iyul) CNN telekanalı ilə müsahibəsində Netanyahu kabinetinin İordan çayı qərb sahilində şəhərcik salma layihəsinin böyük bir problem olduğunu vuğulayıb.
Bayden deyib: İsrail rəsmiləri ilə intensiv danışıqlar aparırıq və Netanyahunun müəyyən bir stabilliyə çatacağına ümid edirik.
“İordan çayı qərb sahilindəki bütün problemlərin İsrail olduğunu demirik. Amma İsrail bu məntəqədə böyük problemdir” – deyə Co Bayden sözünə xitm verib.