Bayden bu dəfə də Almaniyanın ölmüş kansleri ilə “danışıb” (Video izlə)

ABŞ Prezidenti Co Bayden çıxışı zamanı Almaniyanın keçmiş kansleri Angela Merkeli Almaniyanın mərhum baş naziri Helmut Kolla səhv salıb.

Məlumata görə, hadisə Demokrat Partiyasının donorları qarşısında çıxışı zamanı, ABŞ lideri Böyük Britaniyada keçirilən G7 sammitində Merkellə 2021-ci il dialoqu haqqında danışarkən baş verib. Onlar 2021-ci il fevralın 6-da ABŞ-nin keçmiş prezidenti Donald Trampın tərəfdarlarının Kapitoliyə soxulmaları zamanı baş verən hadisələri müzakirə ediblər. ABŞ lideri Almaniya kanslerlərinin kimliyini qarışdırıb.

“Sonra Helmut Kol mənə tərəf dönüb dedi: “Cənab prezident, əgər siz “London Times” qəzetini götürsəniz və min nəfərin Britaniya parlamentinin qapılarını sındıraraq yeni baş nazirə vəzifəyə gəlməyinə icazə vermədiyini bilsəniz, nə edərdiniz?”, – deyə ABŞ lideri soruşub.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Fransa prezidenti Fransua Mitteranla da (1996-cı ildə vəfat edib) danışdığını bildirmişdi.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi