Bayden ABŞ prezidenti vəzifəsində olduğu müddəti səhv saldı – VİDEO

ABŞ Prezidenti Co Bayden Miluokidə seçicilər qarşısında çıxışı zamanı növbəti dəfə səhv edib. O, vəzifədə işləmə müddətini səhv deyib.

“İcazə verin çıxışımı belə yekunlaşdırım. Bu həftə mənim vəzifəyə başlamağımdan dörd il keçir. Ölkəmiz son yüzilliklərdə ən pis pandemiya və iqtisadi böhran yaşadı”, – deyə Co Bayden bildirib.

ABŞ lideri hakimiyyət müddətini 10 ay artıq deyib. ABŞ-də prezident seçkisi 2020-ci ilin noyabrında keçirilib və Bayden 2021-ci ilin yanvarında vəzifəyə başlayıb. Nə birinci, nə də ikinci tarixdən hələ dörd il keçməyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi