Batareyaları dəyişdirilə bilən elektromobilin satışına başlanıldı – FOTO

Çində akkumulyatorunu cəld dəyişdirmək imkanına malik “Rising Auto R7” elektromodelinin satışına başlanılıb.

Kupe formalı avtomobilin uzunluğu demək olar ki, 5 metrdir. Ölçülərinə görə o, “Hyundai Palisade”a bənzəyir.

Elektrik avtomobili həm bir mühərrikli, həm də tam ötürücülü iki mühərrikli versiyada mövcuddur. İkinci modifikasiyada elektrik stansiyası 536 at gücünə malikdir. O, avtomobilə 100 km/saatadək cəmi 3,8 saniyəyə sürətlənməyə imkan verir. Modelin məsafə ehtiyatı isə təxminən 600 km-dir.

İstehsalçıya görə, bir batareyanın dəyişdirilməsi 2,5 dəqiqə çəkir. “Rising Auto R7”-nin salonunda sürücü və ön sərnişin üçün üç böyük ekran var. Modelin təchizat siyahısına üzün tanınması və səslə idarəetmə sistemləri, adaptiv kruiz-kontrol, zolaq saxlama funksiyası, kor nöqtəyə nəzarət və avtomatik təcili əyləc daxildir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi