Baş Prokurorluğun təyyarəsi eniş zamanı “yuxuya getdi” (Video izlə)

Meksikanın Mexiko şəhərində Felipe Anxeles Beynəlxalq Hava Limanında ölkənin Baş Prokurorluğunun təyyarəsində fövqəladə hadisə baş verib.

Təyyarədə sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub. Eniş zamanı hava gəmisinin ön şassisi açılmayıb. Buna görə də təyyarə sürətini azaltdıqdan sonra onun ön hissəsi uçuş-enmə zolağına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yalnız maddi ziyanın dəydiyi qeyd edilir.

Bildirilir ki, təyyarənin əvvəlcə başqa hava limanına enməsi nəzərdə tutulub, lakin şassidə yaranan problemlər səbəbindən aviasiya xidmətləri onu təcili eniş üçün daha yaxşı şəraitin olduğu paytaxtdakı hava limanına yönləndiriblər.

Hadisədən sonra hava limanının fəaliyyət rejimində dəyişiklik olmayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi