Baş prokuror Netanyahu və Qallantın həbsi barədə dərhal qərar verilməsini tələb edir

Baş prokuror Netanyahu və Qallantın həbsi barədə dərhal qərar verilməsini tələb edir

Haaqa məhkəməsinin (İCC) baş prokuroru məhkəmədən Qəzzə cinayətlərinə görə İsrail rəsmilərinin dərhal həbs edilməsi barədə qərar verilməsini istəyib.

Əl Aləm telekanalının məlumatına əsasən, İsrailin Qəzzə cinayətlərinə görə açılmış işdə səlahiyyətləri olan baş prokuror Kərim Xan deyib: Mövcud şəraitə əsasən, Haaqa məhkəməsinin bu cinayət barədə qəti qərar vermə səlahiyyəti var. Çünki İsrailin Qəzzədə törətdiyi cinayətlər göz qarşısındadır və cinayətkarlar barədə dərhal həbs qərarını vermək lazımdır.

Kərim Xan həmçinin bu işdə əsassız bir təxirin olmasını insan haqlarının tapdalanması kimi dəyərləndirərək deyib: Benyamin Netanyahunun bu müharibə cinayətlərində məsuliyyət daşıması, işğal olunmuş Fələstin torpaqlarında bəşəriyyət əleyhinə törətdiyi çirkin cinayətlərə dair kifayət qədər dəlil-sübut var.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib