Baş nazirin kortejini müşayiət edən polis faciəli şəkildə can verdi – FOTO

Macarıstanın Baş naziri Viktor Orbanın kortejini motosikletlə Ştutqart hava limanına qədər müşayiət edən alman polisi qəzaya düşüb.

Məlumata görə, o, aldığı xəsarətlərdən dünyasını dəyişib, daha bir polis əməkdaşı isə xəstəxanaya yerləşdirilib.

Qəza hərəkət iştirakçılarından birinin yolun bağlı olduğunu görməyərək, yola çıxması səbəbindən baş verib. Nəticədə yerli sakinin avtomobili iki polis motosikleti ilə toqquşub.

Qeyd edək ki, Orban dünən Ştutqartda keçirilən Avropa çempionatının Macarıstan – Şotlandiya matçına qatılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi