Baş komandan Pakpur: “Çox yaxın zamanda cəhənnəm qapıları sionistlərin üzünə açılacaq”

SEPAH-ın baş komandanı general Sərləşkər Məhəmmədrza Pakpur, sionist rejimin son hücumları nəticəsində şəhid olan SEPAH komandirləri, nüvə alimləri və günahsız qadınlarla uşaqların şəhadəti ilə bağlı İnqilabın Ali Rəhbəri Ayətullah Xameneiyə müraciət ünvanlayaraq həm başsağlığı, həm də təbrik bildirib.

O bəyan edib:

“Bu vətənin bir əsgəri kimi, xalqın xidmətçisi olmaqdan və bu şəhidlərin uca aqibətinə qibtə etməkdən qürur duyuram. SEPAH-ın irsini qoruyaraq, İslam İnqilabını və İran xalqını müdafiə etmək, şəhidlərin pak qanının intiqamını almaq uğrunda mücahid yoldaşlarımla birlikdə sona qədər sadiq qalacağımıza söz verirəm.”

Pakpur əlavə edib:
“Bu gün sionist terrorçu rejimin İslam Respublikasının milli təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı törətdiyi cinayət cavabsız qalmayacaq. Ulu liderimizin buyurduğu kimi, sizin dahi və qətiyyətli rəhbərliyiniz, ordunun igid döyüşçüləri və SEPAH-ın fədakar əsgərləri ilə birlikdə, bu cinayətkar və qeyri-qanuni rejim qaçılmaz və acı bir aqibətə düçar olacaq.”

O sonda deyib:
“Uca Allahın köməyi və əziz imamımızın və liderimizin vəd etdiyi intiqamın həyata keçməsi ilə, tezliklə bu uşaqqatili rejimin üzərinə cəhənnəmin qapıları açılacaq. Və bütün təkəbbür sahiblərini məhv edən Allaha həmd olsun.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib