“Barselona”nın gənc ulduzunun qulağı kəsildi, tarixə düşdü – FOTO

“Barselona”nın gənc futbolçusu Qavi İspaniya La Liqasının IV turunda “Osasuna”ya qarşı səfər matçında xoşagəlməz hadisə ilə üzləşib.

İkinci hissənin əvvəllərində rəqib futbolçu Ruben Qarsiya ilə toqquşan gənc yarımmüdafiəçinin qulağında kəsik əmələ gəlib. Qan içində qalan futbolçuya uzun müddət tibbi yardım göstərilib. Bundan sonra o, meydana qayıdıb və sonadək oynayıb.

Matçdan sonra yayılan şəkillərdə Qavinin qulağında tikişlərlə oynadığı görünüb.

Yeri gəlmişkən, “Barselona”nın 2:1 hesablı qələbə qazandığı qarşılaşma 19 yaşlı ispaniyalı üçün əlamətdar olub. Kataloniya təmsilçisində 100-cü oyununu keçirən yarımmüdafiəçi klubun tarixində bu saya çatan ən gənc oyunçu olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi