Barselona sionist rejimlə diplomatik əlaqələrini dondurdu

İspaniya ilə sionist rejim arasında diplomatik gərginliklərin artması ilə Barselona Şəhər Şurası dünən (24 noyabr) beynəlxalq qətnamələrə riayət etməklə Qəzzədə daimi atəşkəs rejimi bərqərar olanadək Tel Əvivlə münasibətlərini dondurduğunu elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İspaniyanın ən çox cəmiyyəti olan 2-ci şəhəri olan Barselona Qəzzə hadisələrinə etiraz olaraq daimi atəşkəs yarananadək işğalçı rejimlə əlaqələrini kəsdiyini elan edib.

Barselona Şəhər Şurasının elanına əsasən, İsrail Fələstin xalqının hüquqlarına riayət etməli və daimi atəşkəs rejiminə keçməlidir.

Anadolu Agentliyinin yazdığına görə Barselona dəfələrlə İsrail rejimi ilə diplomatik əlaqələrini dondurub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib