Bakıda barmağına üzük sıxışan yaşlı qadının köməyinə FHN çatıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda bir nəfərin barmağında üzüyün sıxılıb qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrlə halqanın təhlükəsiz qaydada çıxarılması təmin edilib.