Bankdan müştərilərə Yeni il hədiyyəsi: Səhvən 175 milyon dollar köçürüldü

İspaniyanın “Santander” bankı Böyük Britaniyadakı bəzi müştərilərə gözlənilməz və səxavətli hədiyyə edib.

Milad bayramında işləyən bank əməkdaşları Britaniyanın iki min şirkətində çalışan işçilərə yanlış köçürmələr edib.

Ümumi həcmi təxminən 175 milyon dollar təşkil edən vəsait 75 min fərqli hesaba göndərilib.

Səhv Britaniya şirkətinin mühasibi tərəfindən aşkar edilib. O, maaş ödənişlərini yoxladıqdan sonra onların möcüzəvi şəkildə ikiqat artmasına təəccüblənib.

Səhv aşkar edildikdən sonra bank dərhal pulu geri qaytarmağa çalışıb. Lakin bir çox müştərilər artıq əldə etdikləri vəsaitin bir hissəsini xərcləyiblər.

Hazırda bank pulun qaytarılmasında kömək üçün kredit təşkilatlarına müraciət edib. Bununla belə, ekspertlərin fikrincə, bütün məbləğin tam şəkildə geri qaytarılması mümkün olmayacaq.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)