Balasını qoruyan çaqqalla qartal arasında mübarizə – FOTO

Balasını qoruyan çaqqalla qartal arasında mübarizənin görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Kadrlar Keniyanın Masai Mara bölgəsindəndir.

Şəkil müəllifi Atib Huseynin sözlərinə görə, balasını qoruyan yırtıcı heyvanla nəhəng quş arasında çəkişmə uzun müddət davam edib. Qartal bir neçə dəfə balanı qaçırmağa müyəssər olsa da, hər dəfəsində çaqqalın müqaviməti sayəsində onu caynaqlarından yerə salıb. Sonda qartal təslim olaraq ərazidən uzaqlaşıb.

39 yaşlı fotoqraf onların yaxşı olduğuna arxayınlıq üçün bir müddət ana-balanın dalınca düşdüyünü vurğulayıb.

“Onların erkək çaqqalla qovuşduğunu görənə qədər təxminən bir kilometr izlədim”, – deyə Hüseyn əlavə edib.

Fotoqraf bu gördüklərinin həyatında şahid olduğu ən dramatik anlardan biri olduğunu, ancaq hər şeyin yaxşı qurtardığı üçün sevindiyini bildirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi