Bakının mərkəzində dəhşət: Yaralılar var

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib: “1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar.

Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir