Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alan var – FOTO

Bakının Nərimanov rayonu ərazisində üç avtomobil toqquşub.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Famil Şirəliyev idarəetməsində olan “Opel” markalı maşınla prospektdə mərkəz istiqamətdə hərəkətdə olan zaman “Daewoo” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən “Daewoo” idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı maşına çırpılıb. Qəza nəticəsində “Opel” markalı maşında olan sərnişin xəsarət alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təhqiqat araşdırmaları aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir