Bakıda zəncirvari qəza: Yol bağlandı (Video izlə)

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qəzanın videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində, körpünün altında qeydə alınıb. 

Belə ki, “Mercedes”, “Shacman” və “Chevrolet” markalı avtomobillərin iştirakı ilə qeydə alınan qəza səbəbindən ötən gecə sözügedən istiqamətdə nəqliyyatın hərəkətində güclü tıxac müşahidə edilib. Qəza nəticəsində ölən və yaralananların olub-olmadığı ilə bağlı məlumat yoxdur.

Qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bir neçə gün öncə baş verib:

“Hadisə zamanı ölən və yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır”.

Related posts

Sel nəticəsində köməksiz qalan vətəndaşların təxliyə görüntüləri – VİDEO

Qadın sürücü azyaşlı uşaqları ölümlə üz-üzə qoydu: ANBAAN GÖRÜNTÜLƏR – VİDEO

Bakıda ağacları sulamaq istədilr, küçəni gölə çevirdilər – VİDEO