Bakıda zəncirvari qəza: Xəsarət alan var – FOTO

Bakının Xətai rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Qəza “Ukrayna” dairəsində qeydə alınıb.

Hadisə nəticəsində “Chevrolet”, “Opel” və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub.

Qəzada “Chevrolet” markalı minik avtomobilindəki sərnişin xəsarət alıb.

Əraziyə təcili tibbi yardım avtomobili və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib. Avtomobillərə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir