Bakıda döşəyi maşının üzərinə qoyub daşıyan sürücü çətin anlar yaşayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, “Toyota Prius” markalı minik avtomobilinin üzərinə qoyulan döşək, ehtimal ki, küləyin təsiri ilə yolun kənarına “uçub”.
Sürücü ilə sərnişin döşəyi qaytarmaq üçün avtomobili yolun ortasında saxlayaraq ağır əşyanı yenidən “Prius”a yükləməyə cəhd ediblər. Bu zaman isə təhlükəsizlik qaydalarını pozmaqla özləri ilə bərabər, digər sürücülərin də həyatlarını təhlükəyə atıblar.
Sözügedən videonu təqdim edirik: