Bakıda yollar nə vaxtdan açılacaq? RƏSMİ CAVAB

İyunun 14-ü, səhər saat 10:00-dan etibarən hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.

Bakı Şəhər Halqasından verilən məlumata görə, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

Related posts

Bakıda sürücülərə cərimə tərtib olunması üçün gizli kamera quraşdırılıb? – VİDEO

Paytaxtda avtomobillər üçün “hovuz”: Yaşayış kompleksinin həyəti su ilə doldu – VİDEO

Abşeronda 28 ədəd qumbara, çoxlu sayda sursat tapıldı – VİDEO