Bakıda xəstə çağırışına gələn təcili yardım maşını palçığa batdı, traktor çıxardı (Video izlə)

Bakıda Qaradağ rayonu ərazisində acınacaqlı yollar vətəndaşların həyatını təhlükəyə atıb. Belə ki, Ələt qəsəbəsindəki Füzuli küçəsində yaşayan sakinlər evlərinə təcili tibbi yardım çağırarkən problemlərlə üzləşiblər.

Görüntülərdən məlum olur ki, adıçəkilən ərazidə palçıqlı və keçilməz yolların olması təcili yardım maşının çağırış edilən ünvana gedib çatmasına imkan verməyib.

Dünən axşam saatlarında palçıqda batıb qalan təcili tibbi yardım maşınını traktor oradan çıxara bilib.

Mənzilində təcili yardım gözləyən vətəndaşa isə öz başının çarəsinə baxmaq qalıb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir