Bakıda sürücünü maşınında döydülər (Video izlə)

Bakıda naməlum şəxslər taksi sürücüsünü döyüblər.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisənin Qaradağ rayonu, Lökbatan dairəsində baş verdiyi bildirilir.

Görüntülərdə naməlum iki nəfər hərəkətdə olan “Azsamand” markalı taksi avtomobilinin qapısını açaraq içəri daxil olur. Sonra onlar sürücünü döyməyə başlayırlar.

Hadisə anı arxadan gələn nəqliyyat vasitəsinin videoqeydiyyat cihazına yazılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hadisədən məlumatlı olduqları bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Hadisə anının görüntülərini təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir