Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO

Bakıda BMW markalı avtomobil təhlükəli manevr edərək digər nəqliyyat vasitələri üçün təhlükəli anlar yaradıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, görüntü ilə bağlı araşdırmalara başlanılıb:

“BMW markalı nəqliyyat vasitəsinin sürücüsünün kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atmasını əks etdirən görüntü ilə əlaqədar tərəfimizdən araşdırma aparılır”.

15:50

Bakıda BMW markalı avtomobilin sürücüsü təhlükəli qəza şəraiti yaradıb.

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Videoda sürətlə hərəkət edən sürücünün dairəvi yolayrıcını keçmə qaydalarını pozduğu görünür. Bu zaman o, idarəetməni itirir və qarşı yola çıxaraq digər hərəkət iştirakçıları üçün təhlükəli anlar yaşadıb.

Hadisə Bakıda Qafur Murad küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir