Bakıda sükan arxasına keçən azyaşlı ilə bağlı DİN hərəkətə keçdi (Video izlə)

Bakıda azyaşlı uşağın sükan arxasına keçməsi müzakirələrə səbəb olub. 

Görüntülər “Instagram” sosial şəbəkəsində yayılıb. Belə ki, yan oturacaqda valideyninin nəzarəti altında təxminən 6-7 yaşlı uşaq Zığ şosesi boyunca sükan arxasına keçərək avtomobili idarə edib. Çəkiliş boyunca uşağa “bir az yavaş sür” deyildiyi eşidilir. 

Videogörüntülər sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığına səbəb olub. Bir qrup insan buna müsbət reaksiya verərək, əhsən deyib. Digər bir qrup isə bunun həm uşaq, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli olduğunu yazaraq irad bildirib. 

“Azyaşlı uşağa maşın idarə etməyə şərait yaratmaq onu çox istəmək demək deyil əksinə bu həmin uşağın tərbiyəsinə birbaşa mənfi təsir etmək və onu təhlükə qarşısında qoymaqdır”. Bu sözləri məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, yol hərəkəti qaydaları kimi həyati əhəmiyyətli qaydaları pozmaq, cəmiyyətə mənfi nümunə olmaq yolverilməzdir:

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO