Bakıda silahlı hücuma məruz qalan kriminal avtoritet həbs olundu – FOTO

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərov saxlanılıb.

Unikal.az-ın məlumatına görə, o, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

“Nicat Lənkəranski” Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, martın 10-da Bakının Nəsimi rayonu ərazisində Nicat Əkbərova qarşı silahlı hücum olunmuşdu. Hadisəyə görə şübhəli şəxs qismində Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıb. İnsident nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanmışdı.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir