Bakıda sakini evdən çıxarmaq üçün nazirlikdən kömək istədilər (Video izlə)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda bir nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, ağırçəkili olması səbəbindən həkim briqadasının köməyinə ehtiyac duyulduğu barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 1963-cü il təvəllüdlü qadını fərdi yaşayış evindən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir