Bakıda bir qrup şəxs Fransa səfirliyi qarşısında toplaşaraq etiraz aksiyası keçirib.
Onlar Qarabağ münaqişəsi əetrafında gedən proseslərdə Fransa dövlətinin son vaxtlar açıq şəkildə Ermənistanın tərəfini tutmasına etiraz ediblər.
Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları və etiraz xarakterli yazılar olan plakatlar tutublar.
Hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib: