Bakıda restoranların iftar menyusu – QİYMƏTLƏR

Ramazan ayı başlayandan bir sıra restoranlar iş qrafikində dəyişiklik edib. Onlar ancaq iftardan sonra fəaliyyətə başlayırlar və imsak vaxtı bitənədək çalışırlar. Əksər restoranlar isə adi qaydada çalışsa da oruc tutan müştərilərini də nəzərə alaraq imsak və iftar menyuları təqdim edirlər.

Bakıda fəaliyyət göstərən restoranlarda təklif olunan iftar menyularının qiymətləri:

Ən ucuz menyu “Sultan Food” restoranında təqdim edilir – 6,50 manat. Menyuya şorba, şaurma, kartof fri, salat, xurma və su, içkilər daxildir.

Ən bahalı iftar süfrəsi isə “Günaydın” restoranındadır – 80 manat
Menyuya daxildir: başlanğıc yeməklər (şorba, qara zeytun, xurma, Antep pendiri, Kaşar pendiri, acılı əzmə, çiy köftə, salat, Haydari), isti qəlyanaltılar, isti yeməklər, içkilər.

Digər restoranlarda isə qiymətlər belə dəyişir:

“Gilanar” restoranı – 12 manat
Menyuya daxildir: Su, ayran, xurma; mərci şorbası, ağ pendir, göyərti, çörək, xiyar, pomidor, turşu, Paytaxt salatı, quzu qovurma, dolma, toyuq langet və sonda çay süfrəsi.

“Etiler Meat House” restoranı – 40 manat
Menyuya daxildir: İftar seti, şorba, əsas yemək, salat, məzələr, soyuq içkilər, şirniyyat.

“Yarpaq” restoranı – 18 manat
Menyuya daxildir: şorbalar, başlanğıc qidalar, isti yeməklər, salatlar, çay və şirniyyat.

“Altun Saray Baku” restoran – 25 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, sulu yeməklər, isti yeməklər. Əlavə olaraq su xurma, çay və paxlava da təqdim edilir.

“Kecci” restoranı – 20 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, şorbalar, əsas yemək, desert (xurma, pavlava, meyvə), kabablar, içkilər, çay.

“Mooncrown Baku” restoranı – 20 manat
Menyuya daxildir: Başlanğıc (su və xurma), şorbalar, salatlar, qarnirlər, əsas yeməklər, sərin və isti içkilər.

“Chinar 6” restoranı – 20 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, şorbalar, salatlar, isti yeməklər, qarnirlər, içkilər. Əlavə olaraq çay, xurma, türk paxlavası.

“Tasty Station” restoranında qiymətlər iftar süfrəsində əyləşən müştrilərin sayındna asılı olaraq fərqlənir: 1 nəfər – 23 manat, 2 nəfər – 40 manat, 3 nəfər – 58 manat, 4 nəfər -65 manat.
Menyuya daxildir: salatlar, şorbalar, əsas yeməklər, soyuq qəlyanaltı. Əlavə olaraq su, xurma, meyvə assorti, şirniyyatlar, çay təqdim olunur.

“Manqalüstü” restoran – 23 manat
Menyuya daxildir: şorbalar, salatlar, kabablar, qarnir, soyuq içkilər.

“Taksim Kabab” restoranı – 30 manat
Menyuya daxildir: iftar qabı (xurma, ərik, zeytun, fındıq, lahmacun), məzə, şorbalar, salatlar, əsas yeməklər, desert, sərin içkilər.

“Mariana Trench Baku” restoranı – 2 nəfərlik 30 manat
Menyuya daxildir: xurma, salatlar, şorbalar, toyuq izqara və ya demiqlas sousunda can əti, çay, ballı tort.

“Excelsior Baku” restoranında açıq bufet təklif olunur. 1 nəfər üçün qiymət 23 manatdır.

“Gilavar” restoranı – 2 nəfər üçün 40 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, şorbalar, qazan yeməkləri, kabablar, sərin içkilər, eləcə də çörək, lavaş, xurma.

“Natavan” restoranı – 25 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, şorbalar, salatlar, isti yeməklər.

“Özsüt” restoranı – 24 manat
Menyuya daxildir: şorbalar, əsas yeməklər, soyuq məzələr, salat, şirniyyat, sərin içkilər.

“Coffemania”
“Leman Kultur Baku” restoranı – 2 nəfərlik – 49 manat
Menyuya daxildir: iftar açmaq üçün qidalar, şorba, qəlyanaltı, salat, əsas yeməklər, sərin içkilər.

“Şiş kabab İskender” restoranı – 19 manat
Menyuya daxildir: xurma, salatlar, şorba, qarışıq kabab, Ramazan pidesi, Haydari.

“Teleqüllə Baku” restoranı – 2 nəfərlik – 48 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, tərəvəzlər, pendir, şorbalar, isti yeməklər, içkilər.

“Museum İnn Baku” restoranı – 26 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, şorbalar, isti yeməklər (kabab, plov), şirniyyatla samovar çayı, canlı musiqi.

“Don Villa” restoranı – 25 manat
Menyuya daxildir: məzələr, salatlar, şorbalar, isti yeməklər, içkilər, desert (meyvə, alma piroqu).

“Galliard” restoranında qiymətlər iftar süfrəsində əyləşən müştrilərin sayından asılı olaraq fərqlənir: 1 nəfər – 23 manat, 2 nəfər – 44 manat, 3 nəfər – 60 manat, 4 nəfər – 75 manat.
Menyuya daxildir: soyuq qəlyanaltılar, şorbalar, isti yeməklər, qarnirlər, çay, profitrol.

“The Mood Baku” restoranı – 25 manat
Menyu tam açıqlanmayıb.

“Beverly Hill Baku” restoranı – 26 manat
Menyuya daxildir: iftar qabı, məzə, şorbalar, salatlar, əsas yeməklər, içkilər, desert.

“Koza Baku” restoranı – 25 manat
Menyuya daxildir: soyuq qəlyanaltı, salatlar, şorbalar, kabablar, sərin içkilər, desert.

“Çanaqqala” restoranı – 2 nəfər 30 manat, 4 nəfər – 60 manat, 6 nəfər – 90 manat
Menyuya daxildir: şorbalar, isti yeməklər, soyuq qəlyanaltı, sərin içkilər.

“Wood House Baku” restoranı – 28 manat
Menyuya daxildir: şorbalar, salatlar, isti yeməklər, sərin içkilər, desert.

“Meat Garden” restoranı – 25 manat
Menyuya daxildir: şorbalar, salatlar, isti yeməklər, qarnirlər, sərin içkilər.

“Adress Baku” – 49 manat
Menyuya daxildir: iftariyyəlik, şorbalar, salatlar, əsas yeməklər, şirniyyat, içkilər.

“Fisincan” restoranı – 2 qiymət təklif edir:
Toyuq yeməkləri –15 manat,
Ət yeməkləri – 20 manat.

“Meduza” restoranı – 20 manat
Menyuya daxildir: su, xurma, salatlar, şorbalar, əsas yeməklər, qarnirlər, isti və sərin içkilər.

“Burc Qala” restoranı – 2 nəfər – 38 manat.

“Neshve Azərbaycan” restoranı – 19.90 manat

Menyu tam açıqlanmayıb.

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya