Bakının mərkəzi küçələrinin birində avtomobillərin əzilməsiylə nəticələnən hadisə baş verib. Bildirilir ki, hadisə Tbilisi prospekti, Neptun marketin qarşısındakı parklanma yerində baş verib. Belə ki, parklanma ərazisindəki reklam paneli oradakı insanların, həmçinin “Renault” markalı, 50-DT-644 qeydiyyat nişanlı və “Mercedes” markalı, 90-BT-176 qeydiyyat nişanlı avtomobillərin üzərinə aşıb. Yaxınlıqdakı insanlar cəld uzaqlaşa bilsələr də, avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə yerindən olan fotoları təqdim edirik: