Bakıda qəza baş verdi: Xanım sürücü çətin vəziyyətə düşdü (Video izlə)

Bakıda baş verən qəzanın görüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. “Toyota Prius” markalı avtomobillə “Toyota RAV4” markalı avtomobil toqquşub. Qəza nəticəsində “RAV4”-ü idarə edən xanım sürücü çətin vəziyyətə düşüb. Belə ki, “Prius” markalı avtomobil onun yan tərəfinə sıxışıb qaldığı üçün xanım sürücü avtomobildən düşə bilməyib. Yaxınlıqda olan insanlar köməyə gələrək xanım sürücünün avtomobildən düşməsini təmin ediblər.
Videodan da aydın şəkildə görünür ki, xanım sürücü keçirdiyi qəzaya görə stres yaşayıb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir