Bakıda sürücünün Dövlət Yol Polisi əməkdaşının üzərinə maşın sürməsini və ona tabesizlik göstərdiyini əks etdirən vəziyyət kameraya düşüb.
Salyan şossesi, Mikayıl Useynov küçəsindən, paytaxt istiqamətində sıxlığı tənzimləmək üçün avtomobilləri saxlayan yol polisinin üzərinə maşın sürülüb. Belə ki, 90-GY-654 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsü yol polisinin “saxla” əmrinə tabe olmur, ardınca isə YPX əməkdaşının üzərinə maşın sürərək qaçır. Görüntülər digər avtomobildə olan videoqeydiyyatçıya anbaan düşüb.
Videonu təqdim edirik: