Bakıda polis idarəsində intihara cəhdlə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünü ikinci mərtəbədən atan şəxslə bağlı məsələyə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  açıqlamasında bildirib ki, sözügedən bölmədə özünə xəsarət yetirən şəxs narkotik vasitə aludəçisidir:

“Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.

***

Bakının Sabunçu rayonunda intihara cəhd olub. Hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılaraq polis bölməsinə gətirilib. O, bölmənin ikinci mərtəbəsində özünü pilləkəndən atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir